RİMAS KURTİNAYTİS: “HƏTTA AVROPADA DA İDMAN OBYEKTLƏRİ BELƏ SÜRƏTLƏ TİKİLMİR”
İdman obyektlərinin Azərbaycandakı kimi belə yüksək sürətlə tikintisi Avropanın inkişaf etmiş ölkələrində də müşahidə olunmur. Bunu dünyada məşhur idmançı, olimpiya çempionu, Azərbaycanın yığma basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis bildirmişdir.
Məlum olduğu kimi, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizə gəlmiş Litva idmançısı kişilərdən ibarət yığma basketbol komandasına və “Qala” klubuna başçılıq edir. Novruz bayramında Rimas Kurtinaytis Qaradağ rayonuna gedərək, bu yaxınlarda Bakı çempionu olmuş yerli qadın basketbol komandası ilə görüşmüşdür. O, Basketbol Federasiyası adından gənc idmançılara qiymətli hədiyyələr təqdim etmiş və onlara uğurlar arzulamışdır.
“Qaradağ” olimpiya təlim-idman bazası ilə tanışlıq zamanı qonağa məlumat verilmişdir ki, MOK prezidenti İlham Əliyevin təşəbbüsü ilə tikilən bu bazada idmanın 53 növü üzrə yarışlar və məşqlər keçirilə bilər. Burada idmançıların yaşaması və istirahəti üçün də hər cür şərait yaradılmışdır. Rimas Kurtinaytis aldığı təəssüratı bölüşərək demişdir ki, Azərbaycanın yığma basketbol komandasının təlim toplanışlarını bu bazada ən yüksək səviyyədə keçirmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]