Riqada 68 təhsil müəssisəsində COVID-19-a yoluxma faktı aşkar edilib
Riqa, 25 noyabr, AZƏRTAC
Latviyanın paytaxtı Riqa şəhərində 68 təhsil müəssisəsində COVID-19-a yoluxma faktı aşkar edilib.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bu sözləri Riqa dumasının Təhsil, Mədəniyyət və İdman Departamentinin mətbuat katibi İndra Vilde Riqa söyləyib.
O bildirib ki, hazırda paytaxtın təhsil müəssisələrində 25 tələbə, 58 müəllim və 15 texniki işçi virusa yoluxub.
Mətbuat katibi ötən həftə 8 idman, musiqi və rəssamlıq məktəbləri, həmçinin 23 məktəbəqədər təhsil müəssisəsi də daxil olmaqla, 45 məktəbdə COVID-19-a yoluxma faktının aşkar edildiyini söyləyib. Bu həftə paytaxtda iki məktəb - “Riqa Zalitudsk gimnaziyası” və “Riqa Strazdumuyjsk məktəbi - inkişaf mərkəzi” distant təhsilə keçib.
Xəbər verildiyi kimi, epidemioloji vəziyyətin pisləşəcəyi təqdirdə 5-6-cı sinif şagirdləri də distant təhsilə keçə bilər.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]