Riqanın hava limanında qarşılanma
Riqa, 16 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Latviya Respublikasına rəsmi səfərə gəlmişdir.
Azərbaycanın və Latviyanın dövlət bayraqları ilə bəzədilmiş Riqanın Beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Latviyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar. Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim olundu.
######
![]() |
![]() |

