Robb Butler: ÜST Azərbaycanla münasibətlərə böyük dəyər verir VİDEO
Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycan ev sahibliyi etdiyi COP29-da sağlamlığı iqlim gündəliyinin mühüm ölçüsü kimi ön plana çıxarıb.
AZƏRTAC xəbər verir ki, bu fikri “Tibbi Rəqəmsal Əkiz Sistemi”nin təqdimatı zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional direktorunun xüsusi nümayəndəsi Robb Butler səsləndirib.
O vurğulayıb ki, COP29-da Azərbaycan ölkələrin sağlamlıq, ətraf mühit və inkişaf arasında necə körpü qura biləcəyini nümayiş etdirib. Sağlamlığı iqlim fəaliyyətinin mərkəzinə yerləşdirib və sektorlar, eləcə də sərhədlər arasında dialoqu təşviq edib.
“ÜST-nin nümayəndəsi kimi, Azərbaycanın burada nümayiş etdirdiyi liderliyə görə minnətdaram. Bakıdakı COP29 çərçivəsində Azərbaycan tərəfindən həyata keçirilən bütün innovasiyalara görə də təşəkkürümü bildirirəm. Qazanılmış bu təcrübələrin böyük bir hissəsi indi türk həmkarlarımız və dostlarımız tərəfindən mənimsənilir və daha da inkişaf etdirilir. Bu səbəbdən ÜST Azərbaycanla münasibətlərinə böyük dəyər verir. Əməkdaşlığımız çox konkret nəticələr yaradır”, - deyə Robb Butler bildirib.