Robert Mobili: Ağdərənin Mehmana kəndində yunan kilsəsi mövcuddur
Bakı, 4 noyabr, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərdə kilsələr həddindən çoxdur. Məsələn, Xocavənddə, Kəlbəcərdə, Ağdərədə daha çox kilsələr var. Bu isə mədəni irsin müxtəlifliyini göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycandakı Alban-udi xristian dini icmasının sədri Robert Mobili deyib.
O bildirib ki, hətta Ağdərənin Mehmana kəndində yunan kilisəsi belə mövcuddur. Onları yalnız bir etnik və ya xarici mənsubiyyətlə əlaqələndirmək düzgün deyil. Danılmazdır ki, bu kilsələrin yerləşdiyi ərazilər – Qarabağ və Şərqi Zəngəzur Azərbaycan dövlətinin tərkibindədir.
“Məsələn hər hansısa ərazidə udi və yunan icmaları yaşayıbsa, öz kilisələrinə və dini rəhbərlərinə malik olublar. Bu təbiidir, heç bir ərazi iddiasına səbəb ola bilməz. Bu abidələr Azərbaycanın mədəni irsinin ayrılmaz hissəsidir. Lakin 200 ilə yaxın tarixə malik olan bu kilisələrin bəzilərinin tarixi ermənilər tərəfindən saxtalaşdırılıb, ərazi iddialarına səbəb olub”, - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:54]
DİN: Novxanıda gizli narkobunker aşkarlanıb
- 08.06.2026 [16:41]
Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb
- 08.06.2026 [16:37]
Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH
- 08.06.2026 [16:16]
Azərbaycanda bu günə qədər 888 uşaq övladlığa verilib
- 08.06.2026 [15:47]