Rodrigez: ABŞ ilə münasibətlər qarşılıqlı hörmət əsasında qurulmalıdır
Bakı, 12 may, AZƏRTAC
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ABŞ Prezidenti Donald Trampın Venesuelanın ABŞ-ın 51-ci ştatına çevrilməsi ilə bağlı iddialarını rədd edib.
AZƏRTAC xəbər verir ki, Rodrigez bu barədə Haaqa Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmədən sonra jurnalistlərə açıqlamasında bildirib.
“Venesuelalılar müstəqillik və suverenlik dəyərlərinə sadiqdirlər. Biz milli bütövlüyümüzü qorumağa davam edəcəyik”, – deyə o vurğulayıb.
Rodrigez əlavə edib ki, Vaşinqtonla münasibətlər müstəmləkəçi yanaşma deyil, qarşılıqlı hörmət prinsipi üzərində qurulmalıdır.
Daha əvvəl “Fox News”un jurnalisti Bill Melugin ABŞ Prezidentinin Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi “ciddi şəkildə düşündüyünü” iddia etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]