RSXM əməkdaşları Türkiyədə zəlzələ zamanı həlak olanların xatirəsini yad ediblər
Bakı, 10 fevral, AZƏRTAC
Fevralın 10-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli və mərkəzin əməkdaşları Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin qarşısında qardaş ölkədə fevralın 6-da baş verən zəlzələ zamanı həyatını itirən zəlzələ qurbanlarının xatirəsini yad ediblər.
RSXM-nin İnformasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, mərkəz kollektivi adından səfirliyin qarşısına əklil qoyulub. RSXM-nin baş direktoru qardaş ölkənin səfirliyinin əməkdaşlarına zəlzələ zamanı həyatını itirənlərlə bağlı başsağlığı verərək, yaralılara tezliklə şəfa tapmağı arzu etdiyini deyib, Azərbaycan xalqının hər zaman qardaş Türkiyənin yanında olduğu bildirilib.