RSXM-nin elmi jurnalının yeni nömrəsi çapdan çıxıb
Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) elmi nəşri olan "Seismoprognosis observations in the territory of Azerbaijan" (Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri) elmi jurnalının növbəti buraxılışı işıq üzü görüb.
RSXM-nin İnformasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, jurnalda Azərbaycan ərazisində aparılmış kompleks seysmoloji - geofiziki və geodinamik tədqiqatların nəticələrinə dair məqalələr əksini tapıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəsmi qeydiyyatında olan jurnal ildə iki dəfə ingilis dilində nəşr edilir. Dünyanın bir çox tanınmış seysmoloq alimləri jurnalın redaksiya heyətinin üzvüdür.
Jurnalın yeni nömrəsindəki məqalələrlə http://www.seismology.az/journal/files/articles/Seysmologiya_jurnali-2020.pdf linkinə daxil olmaqla tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:17]
Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq VİDEO
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]