“RÜFƏT HÜSEYNOV” KİTABININ TƏQDİMATI KEÇİRİLMİŞDİR
Kitab-albom onun tərtibçilərindən biri, ömrünün ən çiçəklənən çağında - 27 yaşında dünyasını dəyişən Rüfət Hüseynovun atası Arif Hüseynovun “Yaddaşın künc yazıları” sərlövhəli ürək göynədən yazısı ilə açılır.
Albomun “İthaf” bölməsində rəssamlarımızın Rüfət Hüseynova həsr etdikləri əl işləri, bu gənci yaxından tanıyan mədəniyyət işçilərinin, vaxtilə çiyin-çiyinə çalışdığı adamların xatirələri maraqlı olmaqdan əlavə, R.Hüseynovun kimliyini, cəmiyyətimizdəki fəal mövqeyini, necə qaynar həyat tərzi keçirdiyini oxucuların gözü qarşısında canlandıra bilir.
Televiziya verlişi çəkilişi zamanı həyatını faciəli surətdə başa vuran, qısa ömründə çox işlər görmüş gəncin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərin, mərhumun bədii yazılarının oxuculara təqdimatı toplunu daha maraqlı etmişdir.
Təqdimat mərasimində çıxış edənlər kitab-albomdakı bu və ya digər məqamları xüsusi qeyd etdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:50]
Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]