Rumıniya ilk dəfə nikelli uran yanacağını Argentinaya ixrac edəcək
Buxarest, 14 oktyabr, AZƏRTAC
Rumıniya ilk dəfə olaraq nikelli uran yanacağının ixracını Argentinaya həyata keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Nuklearelektrika” şirkətinin baş direktoru Kozmin Gitsa məlumat verib. Onun sözlərinə görə, bu, ölkə üçün strateji enerji ixracı sahəsində yeni mərhələ olacaq.
Direktor qeyd edib ki, zavod 2022-ci ildən uran oksidini diaoksid halına çevirmə texnologiyasına malikdir və indi Argentinanın bir illik yanacaq ehtiyacını tam təmin edə bilər.
Əvvəllər Rumıniya Argentinaya yalnız ağır su ixrac edirdi. Yeni ixrac müqaviləsi isə Rumıniyanın nüvə sənayesində daha yüksək dəyərli məhsullar istehsal edərək beynəlxalq bazarda mövqelərini gücləndirməsinə imkan verəcək.
Qeyd edək ki, bu razılaşma Rumıniyanın enerji sektorunda strateji tərəfdaşlıqlarını möhkəmləndirə, həm də ölkəyə əlavə valyuta gəlirləri qazandıra bilər.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]