Rumıniyada koronavirusa yoluxanların sayı 22 mini keçib
Buxarest, 15 iyun, AZƏRTAC
Rumıniyada koronavirusa yoluxanların sayı 22 min 165 nəfərə çatıb. AZƏRTAC Rumıniya Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son 24 saat ərzində 166 yeni yoluxma hadisəsi qeydə alınıb. Koronavirusdan ölənlərin sayı 1427 nəfərdir. Xəstələrdən 15 min 817 nəfər sağalıb.
Qeyd edək ki, Rumıniyada fövqəladə vəziyyət mayın 15-dən ləğv edilib. İyunun 1-dən restoranların açıq havada olan hissələrinin, çimərliklərin, açıq havada tamaşaların fəaliyyəti bərpa olunub. İyunun 15-dən isə ticarət mərkəzləri açılıb, restoran və kafelərin daxilində də xidmət göstərməyə icazə verilir. Ölkə sərhədlərində nəzarət yumşaldılıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]