RUS PRAVOSLAV KİLSƏSİNİN BAKI VƏ XƏZƏRYANI YEPARXİYASININ RƏHBƏRİ ALEKSANDR ATANIN ÇIXIŞI
-Möhtərəm cənab Prezident!
Möhtərəm şeyxülislam!
Hörmətli Semyon Borisoviç!
Hörmətli Yan Çapla!
Dinin dövlətdən ayrılması demokratik dövlətin postulatıdır. Demokratik dövlət kimi Azərbaycan da bu prinsipə riayət edir. Azərbaycan Konstitusiyasında deyilir ki, Azərbaycan Respublikası dünyəvi dövlətdir və bu prinsipə ölkənin həyatında dönmədən riayət edilir.
Deməliyəm ki, bizdə dövlət ilə dini icmalar arasında çox konstruktiv münasibətlər yaranmışdır. Xoşbəxtlikdən, bu münasibət dini ekstremizmə qarşı mübarizə deyil, dini icmaların fəaliyyətinə dövlətin bütün səviyyələrdə qayğısıdır. Xüsusi vurğulamaq istərdim ki, son iki ildə dövlət ilə dinin münasibətlərinin dinamikası yaxşılığa doğru çox fəal surətdə dəyişmişdir. Dini icmaların həyatında necə mühüm dəyişikliklər baş verməsinin şahidiyik.
Cənab Prezident, bütün bunlar xeyli dərəcədə Sizin fəaliyyətiniz sayəsində baş verir və buna görə biz Sizə çox minnətdarıq. Sizə uğurlar arzulayıram, Allah köməyiniz olsun!