RUSİYA DÖVLƏT DUMASINDA RƏSSAM ƏSGƏR MƏMMƏDOVUN SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Rusiya Dövlət dumasının salonunda hazırda Moskvada yaşayıb-yaradan Azərbaycan rəssamı Əsgər Məmmədovun əsərlərindən ibarət sərgi açılmışdır.
Ümumrusiya Azərbaycan Konqresinin və Dövlət dumasının Ekologiya komitəsinin köməyi ilə təşkil edilən sərgi ölkələrimizin mədəni həyatında əlamətdar hadisə sayıla bilər.
Sərgidə göstərilən əsərlər milli mədəniyyət və incəsənətimizin bənzərsiz çalarlarını nümayiş etdirir, Azərbaycan ruhunu duymağa, Azərbaycan mövzularını anlamağa imkan verir. “Qarabağ xatirələri”, “Xocalı faciəsi”, “Bakı motivləri”, “Qız qalası”, “Novruz bayramı” lövhələri Azərbaycan tarixini xalqımızın ağrı-acılarını əks etdirir. Soydaşımızın əsərlərində Rusiya mövzuları da əhəmiyyətli yer tutur. “Valaam adaları”, “Kuskovo payızı”, “Gözoxşayan payız çağları” və digər tablolar rus xalqının mənəvi zənginliyini ifadə edir, tamaşaçını Rusiyanın füsünkar təbiətinin qoynuna aparır.
Əsgər Məmmədov Bakı rəssamlıq məktəbində oxumuş, sonra Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun multiplikasiya fakültəsini bitirmişdir. Onun əsərləri Rusiyanın müxtəlif sərgi salonlarında tez-tez nümayiş etdirilir.
Rəssamın özü insanlar və xalqlar arasında sülhü, dostluğu və məhəbbəti həyatın başlıca amalı sanır və öz yaradıcılığı ilə bu amala xidmət edir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]
Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub
- 10.08.2026 [11:05]
Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası
- 09.08.2026 [14:26]