Rusiya Federasiya Şurası sədrinin Türkiyəyə səfəri başlayıb
Moskva, 15 may, AZƏRTAC
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri başlayıb.
Federasiya Şurasının mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Matviyenkonun Türkiyə rəhbərliyi və parlament üzvləri ilə görüşlər gözlənilir.
Nümayəndə heyətinin tərkibinə Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov, beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçyov, Rusiya Federasiya Şurası ilə Türkiyə Böyük Millət Məclisi əməkdaşlıq qrupunun rəhbəri Murat Xapsirokov, mədəniyyət, təhsil və elm xadimləri daxildir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]