Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Çində səfərdədir
Bakı, 23 may, AZƏRTAC
Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Çində səfərdədir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Baş naziri Şanxayda keçirilən Rusiya-Çin biznes forumunda çıxış edəcək.
Mixail Mişustin mayın 24-də işini Pekində davam etdirəcək. Onun Çin Xalq Respublikasının Sədri Si Cinpin və Dövlət Şurasının sədri (Baş nazir) Li Çian ilə görüşləri nəzərdə tutulur. Görüşlərdə ticari-iqtisadi əlaqələrin genişləndirilməsi məsələsi müzakirə ediləcək, sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı sahəsinə xüsusi diqqət ayrılacaq. Yekunda ikitərəfli sazişlər imzalanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]