RUSİYA FEDERASİYASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB DMİTRİ MEDVEDEVƏ
Hörmətli Dmitri Anatoliyeviç,
Vladiqafqazda terror aktı nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən sarsıtdı.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların qohumlarına və yaxınlarına, bütün Rusiya xalqına səmimi qəlbdən başsağlığı verirəm. Zərərçəkənlərə tezliklə sağalmağı arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 10 sentyabr 2010-cu il.