Rusiya Finlandiya ilə sərhədyanı əməkdaşlıq müqaviləsini ləğv edib
Bakı, 21 oktyabr, AZƏRTAC
Rusiyanın Baş naziri Mixail Mişustin Rusiya ilə Finlandiya arasında transsərhəd əməkdaşlığın təşviqinə dair sazişə xitam verən sənədi imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb.
“Rusiya Hökuməti ilə Finlandiya Hökuməti arasında 2012-ci il aprelin 13-də Helsinkidə imzalanmış Rusiya Federasiyası və Finlandiya Respublikası arasında transsərhəd əməkdaşlığın təşviqi haqqında sazişə xitam verilsin”, - sərəncamda deyilir.
Rusiya Xarici İşlər Nazirliyinə qərarla bağlı qarşı tərəfi xəbərdar etmək tapşırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]