RUSİYA GÜRCÜSTANA MÜNASİBƏTLƏRİ NECƏ NİZAMA SALMAQ ŞƏRTLƏRİNİ İZAH EDİR
Rusiya XİN-in İnformasiya və mətbuat departamentindən bildirmişlər ki, Rusiya və Gürcüstan xarici işlər nazirlərinin görüşündə iki ölkənin münasibətlərinə dair aktual məsələlər, habelə gürcü-abxaz və gürcü-osetin münaqişələri ətrafında vəziyyət müzakirə olunmuşdur.
Noyabrda keçirilməsi nəzərdə tutulan MDB dövlət başçılarının zirvə toplantısı çərçivəsində iki ölkə prezidentlərinin də görüşünün mümkünlüyü müzakirə edilmişdir. Bunu jurnalistlərə bildirən Gela Bejuaşvili vurğulamışdır ki, söhbət yüksək səviyyədə görüşə hazırlığın detallarından gedir.
Xatırladaq ki, nazirlərin indiki görüşü Rusiya ilə Gürcüstan arasında münasibətlər pisləşdikdən, habelə Rusiyanın Gürcüstana qarşı tətbiq etdiyi məlum məhdudiyyətlərdən sonra diplomatik səviyyədə ilk görüşdür.