SİYASƏT
Rusiya sülhməramlılarının dörd yük avtomobilinin aksiya ərazisindən keçidi təmin edilib
Şuşa, 20 yanvar, Ceyhun Alışlı, AZƏRTAC
Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 40-cı günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 4 yük avtomobilinin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkətinə şərait yaradılıb.
Bu bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.