Rusiya sülhməramlılarının təchizat avtomobilləri aksiyanın olduğu ərazidən maneəsiz keçib
Şuşa, 22 dekabr, Ceyhun Alışlı, AZƏRTAC
Xankəndi-Laçın yolunda Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, fəalların etiraz aksiyası artıq on bir gündür davam edir.
AZƏRTAC-ın müxbiri aksiya yerindən xəbər verir ki, Rusiya sülhməramlılarına məxsus daha beş təchizat avtomobili ərazidən maneəsiz keçib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan mediasında etirazçıların guya Xankəndi-Laçın yolunu bağlamaları və təchizat maşınlarını buraxmamaları ilə bağlı həqiqətə uyğun olmayan xəbərlər yayılmışdı.