Rusiya Türkiyəyə iki “İl-76” təyyarəsi ilə 100 xilasedici göndərməyə hazırdır
Moskva, 6 fevral, AZƏRTAC
Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Türkiyəyə iki “İl-76” təyyarəsi ilə xilasedicilər göndərməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, Rusiya FHN-in mətbuat xidməti bu barədə məlumat yayıb.
Rusiya FHN Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak üçün xilasedicilər göndərməyə hazırdır.
Fövqəladə hallar naziri Aleksandr Kurenkovun tapşırığı ilə “Sentrospas” aeromobil dəstəsinin və “Lider” Mərkəzinin 100 mütəxəssisi hazırlıq vəziyyətinə gətirilib. Nazir bildirib ki, Rusiya FHN dost Türkiyəyə yardım etməyə hər zaman hazırdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]