Rusiya Ukrayna ərazisinə 71 qanadlı raket atıb, enerji infrastrukturuna ziyan dəyib
Kiyev, 10 fevral, AZƏRTAC
Fevralın 9-da axşam saatlarından fevralın 10-da gündüz saatlarınadək Rusiya silahlı qüvvələri tərəfindən Ukrayna ərazisinə 71 qanadlı raket atılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb.
Bildirilib ki, bu raketlər arasında 43 X-101 / X-555, 28 "Kalibr", 35 S-300 kompleksinin raketləri olub. Bundan əlavə, İran istehsalı olan “Şahed” tipli 7 zərbə PUA-sından istifadə edilib.
Ukrayna Silahlı və Müdafiə qüvvələrinin digər bölmələrinin qüvvə və vasitələri düşmənin 61 qanadlı raketini və 5 pilotsuz uçuş aparatını məhv edib.
Kiyev şəhərinin meri Vitali Kliçko isə açıqlamasında raket zərbəsi nəticəsində paytaxtın enerji infrastrukturuna ziyan dəydiyini bildirib. Eyni zamanda, Kiyev səmasında 10 raket zərərsizləşdirilib. Vurulan raket qalıqları paytaxtın yaşayış binasına ziyan vurub.
Ümumilikdə Ukrayna ərazisinə edilən kütləvi raket hücumu ölkənin bir sıra iri şəhərlərinin enerji infrastrukturuna ziyan vurub.
Bu gün atılan raketlərin bəziləri Moldova üzərindən olduğundan Rusiya səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]