Rusiya və Gürcüstanın xüsusi nümayəndələrinin növbəti onlayn görüşü keçirilib
Tbilisi, 25 noyabr, AZƏRTAC
Noyabrın 24-də Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin yeni sədri Qriqori Karasin ilə Gürcüstan Baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze arasında növbəti onlayn görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin xarici işlər və nəqliyyat nazirliklərinin nümayəndələri iştirak ediblər.
Görüşdə iki ölkə arasında təhlükəsizlik və humanitar sahədə əməkdaşlığın inkişafı üçün danışıqların Cenevrə formatının əhəmiyyəti xüsusi vurğulanıb. Tərəflər iqtisadi-ticarət, nəqliyyat, əmlak və humanitar sahələrdə əlaqələrin inkişaf perspektivlərini nəzərdən keçiriblər.
Eyni zamanda, Abxaziya və Tsixinvali regionundakı gərgin vəziyyət, insan hüquqlarının pozulması, eləcə də Gürcüstanın “3+3” regional əməkdaşlıq formatında iştirakı barədə məsələlər diqqət mərkəzində olub.
Gürcüstan tərəfi bu təşəbbüsdə iştirak imkanını nəzərdən keçirməyəcəyini bəyan edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]