Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir
Moskva, 25 mart, AZƏRTAC
Rusiya daxili yanacaq bazarını sabitləşdirmək tədbirləri çərçivəsində istehsalçılar üçün benzin ixracına qoyulan qadağanın bərpasını müzakirə edir.
AZƏRTAC xəbər verir ki, dövlət qurumları məhdudiyyətlərin tətbiqi imkanlarını müzakirə etməyə davam edir, lakin hələlik yekun qərar qəbul edilməyib və ortaq fikir yoxdur. Baxılan məsələ dizel yanacağı ilə deyil, benzinlə bağlıdır.
Rusiyada yanacaq bazarını sabitləşdirmək tədbirləri Baş nazirin müavini Aleksandr Novakın iştirakı ilə keçiriləcək iclasda müzakirə olunacaq və orada ixracla bağlı qərar da verilə bilər. Mənbələr vurğulayır ki, qadağa təkbaşına mövsümi tələb artımı məsələsini tam həll edə bilməz, lakin hərtərəfli tədbirlər kompleksinin bir hissəsi ola bilər.
Bir müddət əvvəl Aleksandr Novak qlobal enerji böhranı fonunda yanacaqdoldurma məntəqələrində qiymət artımının qarşısını almaq və bazarın sabitliyini təmin etmək üçün təcili tədbirlərin görülməsinin vacibliyini bildirmişdi. O qeyd edib ki, hazırda neft məhsullarının qlobal qiymətlərində əhəmiyyətli dərəcədə artım müşahidə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]