Rusiyada pilotsuz sistemlərdən ibarət qoşunların yaradılması planlaşdırılır
Moskva, 16 dekabr, AZƏRTAC
Rusiya ordusunda pilotsuz sistemlərdən ibarət qoşunların yaradılması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Andrey Belousov Nazirliyin kollegiyasının genişləndirilmiş iclasında məlumat verib.
Onun sözlərinə görə, 2025-ci ilin üçüncü rübündə Rusiya ordusunda yeni qoşun birləşməsi - pilotsuz sistemlər qoşunları yaradılacaq.
Müdafiə Nazirliyinin rəhbəri onu da bildirib ki, Rusiyada böyük mühafizə bazaları eşelonlaşdırılmış anbarlar şəbəkəsi ilə əvəz olunacaq.
A.Belousov gələcəkdə Rusiya ilə NATO arasında münaqişənin olacağını istisna etməyib. O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin fəaliyyəti yaxın onillikdə NATO ilə mümkün hərbi münaqişəyə tam hazırlığı təmin etməyə yönəlib. Onun fikrincə, alyans sammitində qəbul edilən qərarlar və doktrinal sənədlər belə bir münaqişənin mümkünlüyündən xəbər verir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:30]
Humanoid robotlar sürətlə inkişaf edir
- 12.06.2026 [15:24]
Şimali İrlandiyada iğtişaşlarla bağlı saxlanılanların sayı 19-a çatıb
- 12.06.2026 [15:22]
Kaşağan qaz emalı zavodu layihəsi praktiki icra mərhələsinə qədəm qoyub
- 12.06.2026 [15:16]
Həyat şansı: Çin donor orqanlarının əlçatanlığını genişləndirir
- 12.06.2026 [15:09]
Britaniya iqtisadiyyatı İranla müharibənin təsirini hiss etməyə başlayıb
- 12.06.2026 [15:05]
Böyük Britaniyada 1 milyon gəncə meningit əleyhinə peyvənd təklif olunacaq
- 12.06.2026 [15:03]
Tallinin mərkəzində ilk modul bomba sığınacağı quraşdırılıb
- 12.06.2026 [14:53]
Məşhur rəssam Devid Hokni vəfat edib
- 12.06.2026 [14:51]