Rusiyada sovet təhsil sisteminə qayıtmağı təklif ediblər
Moskva, 24 noyabr, AZƏRTAC
Rusiyada sovet təhsil sisteminə qayıtmağı təklif ediblər.
AZƏRTAC xəbər verir ki, RF İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Moskvada “İnsanın rifahının təmin olunmasında hüququn rolu” mövzusunda elmi-praktik konfransda çıxış edərək orta məktəb, texnikum, ali təhsil elementlərindən ibarət olan sovet təhsil sisteminin bərpa olunmasını təklif edib. Onun sözlərinə görə, professor əməyini nüfuzunu bərpa etmək, ən yaxşı sovet ənənələrinə uyğun aspiranturanı dirçəltmək lazımdır. A.Bastrıkin qeyd edib ki, Vahid Dövlət İmtahanı (VDİ) məktəblilər üçün işgəncədir, onu ləğv etmək və sovet təhsil sisteminə qayıtmaq lazımdır.
RF Prezidentinin mətbuat katibi Dmitri Peskov RF İstintaq Komitəsinin rəhbərinin təklifini şərh edərək bildirib ki, təhsil islahatı barədə təklif Maarif Nazirliyi tərəfindən diqqətə layiqdir, bu cür təkliflərin sonrakı taleyini həmin Nazirlik həll etməlidir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]