Rusiyadan gələn turist azalması ilə Gürcüstan iqtisadiyyatına 300 milyon dollar ziyan dəyəcək
Tbilisi, 27 iyun, AZƏRTAC
Rusiyadan Gürcüstana turist axınının azalması ölkəyə xeyli ziyan vuracaq. İlin sonuna bu ziyanın məbləği təxminən, 200-300 milyon dollar olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının yaydığı bəyanatda bildirilib. Məlumatda deyilir ki, bu xarici şok ödəmə balansı və buna müvafiq olaraq valyuta bazarına da mənfi təsir göstərəcək. Hazırda üzən məzənnə ilə 1 ABŞ dolları 2,86 GEL-ə dəyişdirilsə də ilin sonuna larinin ucuzlaşması da davam edəcək.
Bankdan bildirilib ki, Rusiya şokuna baxmayaraq, Gürcüstanın ödəmə balansı ilin yekunlarına əsasən ötən illərlə müqayisədə yaxşılaşacaq. Milli bank ölkə vətəndaşlarını bir daha gəlir əldə etdikləri valyuta ilə kredit götürməyə çağırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]