RUSİYALI QONAQLARIN ŞƏRƏFİNƏ RƏSMİ QƏBUL
Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Azərbaycanda İTAR-TASS günləri iştirakçılarının şərəfinə Yaxt klubda rəsmi qəbul təşkil olunmuşdur.
Qəbulun iştirakçıları dövlətimizin başçısı İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya nümayəndə heyətinin rəhbəri, İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenko qəbulda nitq söylədilər.
Sonra Azərbaycan incəsənət ustalarının konserti oldu.
Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin birinci müavini Yaqub Eyyubov, nazirlər, Azərbaycanın və Rusiyanın mədəniyyət xadimləri qəbulda iştirak edirdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]