Rusiyalı tələbələr Bakıda keçirilən beynəlxalq basketbol turnirinin qalibi olublar
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də “Sərhədçi” İdman Mərkəzində Elm və Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turnirinin final oyunu keçirilib.
AZƏRTAC Azərbaycan Basketbol Federasiyasına istinadla xəbər verir ki, final oyununda LDU (Rusiya) və AzTU (Azərbaycan) komandaları üz-üzə gəliblər. Final oyunu Rusiya komandasının 82:58 hesablı qələbəsi ilə yekunlaşıb.
Beynəlxalq basketbol turnirinin bürünc mükafatına ADBTİA (Azərbaycan) tələbələrinə 83:64 hesabı ilə qalib gəlmiş "TTK" (Türkmənistan) basketbolçuları sahib olublar.
Qeyd edək ki, turnirin ən dəyərli oyunçusu LDU-dan Kiril Lenkin seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2025 [17:48]
“Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinin açılış mərasimi keçirilib
- 16.05.2025 [17:46]
"Sumqayıt"ın kapitanı futbolçu karyerasını başa vurur
- 16.05.2025 [17:41]
UFC-nin şöhrət zalının üzvü Bakıya gələcək
- 16.05.2025 [16:26]
Qaxda yeni cüdo zalının açılışı olub
- 16.05.2025 [14:40]