DÜNYA
Rusiyalılar ötən il Türkiyədə 5 min 379 daşınmaz əmlak alıblar
![Rusiyalılar ötən il Türkiyədə 5 min 379 daşınmaz əmlak alıblar](/files/2022/1/1200x630/16424969601225051547_1200x630.jpeg)
Moskva, 18 yanvar, AZƏRTAC
Rusiyalılar ötən il Türkiyədə 5 min 379 daşınmaz əmlak alıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Türkiyə Statistika İnstitutuna istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, 2021-ci ildə rusiyalılar 2020-ci illə müqayisədə Türkiyədə 75 faiz çox daşınmaz əmlaka sahib olublar.
Beləliklə, Rusiya vətəndaşları Türkiyədə daşınmaz əmlaka ən çox maraq göstərən üç ölkə sırasına daxil olub. Birinci və ikinci yerləri İraq və İran vətəndaşları tutur.
Rusiyalılar, əsasən, Antalya, Alaniya və Mersin bölgələrində əmlak almağa maraq göstərirlər.
Ümumilikdə, ötən il Türkiyədə 59 min 282 daşınmaz əmlak əcnəbilər tərəfindən alınıb. Ekspertlər əcnəbilərin Türkiyədə daşınmaz əmlaka marağının artmasını yerli valyutanın məzənnəsinin xeyli aşağı düşməsi ilə əlaqələndirirlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva