Rusiyanın 10-dan çox şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 26 fevral (AZƏRTAC). Rusiyanın ondan çox şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Rusiyada yaşayan soydaşlarımız Xocalı soyqırımının 21-ci ildönümünü xatirə gecələri ilə qeyd etmişlər. Qonşu ölkənin Stavropol, Amur, Ryazan, Perm, Murmansk, Kostroma, Kira, Voronej vilayətlərində, Xantı-Mansiysk Muxtar Diyarında, Çuvaş Respublikasında keçirilən tədbirlərdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, tədbir iştirakçılarına 1992-ci fevralın 25-dən 26-na keçən gecə yaşananlar haqqında məlumat verilmiş, Ermənistan silahlı qüvvələrinin Xocalıda dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər pislənmişdir.
Tədbirlərdə Xocalı həqiqətlərini əks etdirən sənədli və bədii filmlər nümayiş etdirilmişdir.
Tədbirlərdə yerli hakimiyyət nümayəndələri, Azərbaycan diasporunun nümayəndələri, ziyalılar, iş adamları və gənclər iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]