Rusiyanın idman saytı Bakı Olimpiya Stadionunu fotoşəkillərini paylaşıb
Moskva, 25 may, AZƏRTAC
Rusiyanın “sports.ru” saytı “Avro-2020”nin oyunlarının keçiriləcəyi stadionların fotolarını paylaşıb.
AZƏRTAC xəbər verir ki, oyunlara ev sahibliyi edəcək Londonun “Uembli”, Münxenin “Alyans Arena”, Romanın “Stadio Olimpiko” və digər stadionlarla yanaşı, oxuculara Bakı Olimpiya Stadionu da təqdim edilib. Materialda 2015-ci ildə açılan Bakı Olimpiya Stadionunun 68 min 700 tamaşaçı tutumuna malik olması, “Avro-2020 oyunlarında isə 34 min azarkeşin iştirak edəcəyi vurğulanıb.
Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə “Avro-2020”nin oyunları müxtəlif ölkələrdə təşkil ediləcək. A qrupunun qrup mərhələsinin üç oyunu və dörddəbir final mərhələsinin bir qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]