Rusiyanın xarici işlər nazirinin Tehranda keçiriləcək danışıqlarda iştirakı təsdiqlənib
Moskva, 22 oktyabr, AZƏRTAC
Rusiya XİN xarici işlər naziri Sergey Lavrovun Tehranda keçiriləcək danışıqlarda iştirak edəcəyini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
M.Zaxarova oktyabrın 23-də Tehranda keçiriləcək danışıqlarda Sergey Lavrovun iştirakını təsdiqləyib.
Xatırladaq ki, İranın “İRNA” agentliyi Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan XİN başçılarının Tehranda “3+3” formatında danışıqlar aparacaqları barədə xəbər yayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]