Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ruslan Şevçenko: düz söz daşdan keçər
Moldovalı alim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında

Kişineu, 14 sentyabr, AZƏRTAC

Oktyabr ayında Kişineuda Dnestryanı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişələrinə həsr olunmuş “Dövlətlərin ərazi bütövlüyü və insan hüquqlarının müdafiəsinin təmin edilməsi” (Kişineu, 2014, 17-18 sentyabr) mövzusunda Beynəlxalq elmi-praktiki konfransın materiallarının toplusu çapdan çıxacaq. Topluda moldovalı alim, tarix elmləri doktoru və tanınmış siyasi analitik Ruslan Şevçenkonun “1918-1994-cü illər Dağlıq Qarabağ münaqişəsi: iki sivilizasiyanın mübarizəsinin apogeyi” sərlövhəli materialı da yer alıb.

Xatırladaq ki, R.Şevçenko Kişineunun “Metronpaş” nəşriyyatında rus və rumın (moldav) dillərində çapdan çıxan “Ermənistan-Azərbaycan münaqişəsi. Tarix və müasirlik” kitabının müəllifidir. Müəllif kitabda zəngin material əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini tədqiq edir, onun qaynaqlarını açır, indiki durumundan danışır, Ermənistanın Azərbaycana qarşı başladığı 1988-1994-cü illər müharibəsinə xüsusi diqqət ayırır. Habelə bu günə qədər davam edən uzun və səmərəsiz danışıqlar prosesindən, dünya birliyinin, vasitəçilərin beynəlxalq hüquq normalarını tanısalar da, həqiqətdə ikili standartları rəhbər tutmalarından, bunun münaqişənin sülh yolu ilə həllinə mane olmasından söz açır.

AZƏRTAC-ın Kişineudakı xüsusi müxbiri Ruslan Şevçenko ilə görüşərək ondan müsahibə götürüb.

Alimin bioqrafiyasından: Ruslan Şevçenko 1972-ci il sentyabrın 7-də Kişineuda anadan olub. Moldova Dövlət Universitetinin tarix fakültəsinin məzunudur. 2003-cü ildə tarix elmləri doktoru dərəcəsi alıb. Moldova Avropa Bilikləri Universitetinin böyük müəllimi, Moldova Elmlər Akademiyasının Tarix, Dövlət və Hüquq İnstitutunun aparıcı elmi əməkdaşı işləyib, Moldova Strateji Araşdırmalar və Avropaya İnteqrasiya İnstitutunun direktoru, “Memorial” Assosiasiyasının baş mütəxəssisi olub. 2014-cü ildən siyasi analitikdir.

- Ruslan Aleksandroviç, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə elmi marağınızın nədən qaynaqlandığından danışmağınızı rica edirəm. Siz kitabınızda həm Azərbaycan, həm də erməni mənbələrindən, arxiv materiallarından istifadə etmisiniz. Onların əsasında bu münaqişənin ciddi və obyektiv təhlilini vermisiniz. Kitaba əlavələrdə tarixi materiallara, habelə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın təcavüzünü pisləyən dünya birliyinin mövqeyinin əks olunduğu beynəlxalq hüquqi sənədlərə rast gəlmək olar.

- Ermənistan-Azərbaycan münaqişəsi mövzusu məndə bizim yerli Dnestryanı problemlə ümumi cəhətlərinin çox olması səbəbindən maraq doğurub. Amma uzun illər ərzində onun barəsində yetərincə dərindən və əsaslı şəkildə deyil, yalnız KİV-lərin məlumatları əsasında mühakimə yürüdə bilmişəm. 2013-cü ilin fevralında redaksiya heyətinin üzvü olduğum “Ekspert Novostey” qəzetinin redaktoru Larisa Veveritsa mənə Xocalı soyqırımına həsr olunmuş tədbirlərə qoşulmağı təklif etdi. Bu tədbirlərdən sonra mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilkin şərtləri, tarixi və müasir durumu barədə silsilə elmi məqalələr hazırladım. Problemə dair bir sıra ciddi monoqrafiyalarla tanış olandan sonra həmin materiallar, habelə KİV-lərdən tapdığım məlumatlar əsasında Ermənistan-Azərbaycan münaqişəsinin ilkin şərtlərinə (1988-ci ilə qədər), tarixinə (1988-1994-cü illər) və müasir durumuna (1994-cü ildən bizim günlərə qədər) həsr olunmuş üç elmi məqalə yazdım. Bu məqalələr mənim “Ermənistan-Azərbaycan münaqişəsi. Tarix və müasirlik” kitabıma müstəqil fəsillər kimi daxildir. Monoqrafiya 2014-cü ildə rus dilində, bir neçə ay sonra rumın dilində çapdan çıxdı.

- Azərbaycanda olmusunuz?

- Təəssüf ki, indiyədək Azərbaycanda olmamışam. Amma fürsət düşən kimi mütləq ölkənizə gələcəyəm. Azərbaycan xalqının müdrik bir kəlamı var: “Düz söz daşdan keçər“. Yeri gəlmişkən, mən həyatda da, elmi fəaliyyətimdə də bu prinsiplə hərəkət edirəm.

- Ruslan Aleksandroviç, bir neçə kəlmə gələcək elmi planlarınız barədə danışa bilərsinizmi?

- 2003-cü ildə dissertasiya müdafiə edərək, tarix elmləri doktoru dərəcəsi almışam. Azərbaycanda bu dərəcə tarix elmləri namizədi dərəcəsinə uyğundur. O vaxtdan ikinci dissertasiyam üçün material toplayıram. Bu dəfə xabilitat doktoru dərəcəsi (Azərbaycanda elmlər doktoru - AZƏRTAC) almaq istəyirəm. Bu işdə yetərincə irəliləmişəm və arxiv materiallarının əsas hissəsini toplamışam. Yaxın illərdə ölkənin arxivlərində və elmi kitabxanalarında işim başa çatacaq və mən ikinci dissertasiyamı yazmağa başlayacağam.

Eyni zamanda son illər yerli internet portallarında Moldovadakı siyasi duruma həsr olunmuş xeyli analitik məqaləm verilib. Özüm də hiss etmədən siyasi analitikə çevrilmişəm. Məni müxtəlif teleradio kanallarına dəvət edirlər, Moldova, Ukrayna və Rusiya KİV-ləri tez-tez məndən müxtəlif sitatlar gətirirlər.

- İcazə verin, müsahibəyə görə sizə təşəkkür edim və mənə bağışladığınız “Ermənistan-Azərbaycan münaqişəsi. Tarix və müasirlik” kitabının müqabilində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi ilə AZƏRTAC-ın birgə layihəsi olan “20 yanvar: Tariximizin qanlı və şanlı səhifəsi” fotonəşrini sizə təqdim edim.

- Təşəkkür edirəm. Əminəm ki, bu nəşr mənim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair arxivimi zənginləşdirəcək.

Müsahibəni apardı:

AZƏRTAC-ın xüsusi müxbiri

Zeynal Ağazadə

Kişineu 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub