“Ryanair” aviaşirkəti Almaniyada uçuşları ləğv edir
Berlin, 15 oktyabr, AZƏRTAC
İrlandiyanın aşağıbüdcəli aviaşirkəti “Ryanair” Almaniyada qış mövsümü üçün nəzərdə tutduğu uçuş planını xeyli ixtisar edəcək.
AZƏRTAC xəbər verir ki, şirkətin məlumatında əvvəlki planla müqayisədə təxminən 10 faiz az yerin satışa çıxarılacağı bildirilib.
Şirkət ümumilikdə 24 reysi və 800 min yeri ixtisar edəcək. Ən çox ixtisar Berlin-Brandenburq və Memminqen aeroportlarında olacaq. Berlində 5, Memminqendə isə 2 reys olmaqla hər şəhər üzrə 230 min yer ləğv ediləcək. Azalmaların çox olduğu şəhərlər arasında Köln (2 reys, 87 min yer), Baden-Baden (1 reys, 83 min yer), Frankfurt-Hahn (3 reys və 64 min) və digərləri də var. Şirkət, həmçinin Dortmund, Drezden və Leypsiqə uçuşları davam etdirməyəcək.
“Ryanair”in bu addımı Almaniyada hava nəqliyyatı üçün tətbiq edilən rüsumların, xüsusilə də verginin yüksək olmasına etiraz xarakteri daşıyır. Bununla belə, şirkət Almaniyada təxminən 7 milyon bilet təklif etməyi planlaşdırır. 2024-2025-ci ilin qış mövsümündə “Ryanair” Almaniyada 7 milyon 200 min sərnişin daşıyıb.
Aviaşirkət 2026-cı ilin yay mövsümündə də əlavə reyslərin ləğv edilməsini istisna etmir.
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]