Saatlıda koronavirus pandemiyası ilə əlaqədar sosial izolyasiya tədbirləri davam etdirilir
Bakı, 16 aprel, AZƏRTAC
Respublika ərazisində elan olunmuş xüsusi karantin rejiminin tələblərinin icrası ilə əlaqədar Saatı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər görülür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon ərazisindəki pensiya və müavinətlərin verilməsi ilə bağlı bankomatların önündə yarana biləcək sıxlığı nəzərə alaraq polis əməkdaşları bu ərazilərə xüsusi olaraq nəzarət edir, sosial məsafənin qorunması üçün lazımi tədbirlər yerinə yetirilir. Vətəndaşlarla ünsiyyət zamanı sosial məsafənin qorunmasının həm öz, həm də digərlərinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.