SAATLIDA ÖTƏN İLDƏKİNDƏN 20638 TON ÇOX TAXIL YIĞILMIŞDIR
Saatlı, 7 avqust (AZƏRTAC). Bu mövsümdə Saatlı rayonunda zəmilərdən 101562 ton taxıl toplanmışdır. Bu, ötən ilin göstəricisi ilə müqayisədə 20638 ton çoxdur. Zəmilərin hər hektarının məhsuldarlığı 38,5 sentnerə çatdırılmışdır.
Rayondakı mövcud taxıl ehtiyatı yerli əhalinin tələbatını ödəməklə yanaşı, satışa da çıxarılacaqdır.
Respublikanın toxumçuluq bazası sayılan Saatlıda indiyədək gələn ilin məhsulu üçün 4 min tona yaxın elit buğda toxumu tədarük olunmuşdur.
Saatlının torpaq mülikiyyətçiləri hazırda gələn ilin məhsulu barədə düşünürlər. Bu məqsədlə qısa müddətdə 5 min hektara yaxın sahədə şum qaldırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]