SAATLIDA YENİ İSTİRAHƏT MƏRKƏZİ
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramına uyğun olaraq, Saatlıda tikinti-abadlıq işləri geniş vüsət almışdır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, rayon mərkəzində yeni istirahət mərkəzi istifadəyə verilmişdir. “Xan bağı” adlandırılan bu sahəyə dekorativ tavalar düzülmüş, bəzək ağacları və gül kolları əkilmiş, oturacaqlar qoyulmuş, ticarət obyektləri açılmışdır. Nəticədə 10 nəfər özünə iş yeri tapmışdır.