Sabah 44-cü Şarcə Beynəlxalq Kitab Sərgisi işə başlayacaq
Qahirə, 4 noyabr, AZƏRTAC
Noyabrın 5-dən 16-dək Birləşmiş Ərəb Əmirliklərində 44-cü Şarcə Beynəlxalq Kitab Sərgisi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Səninlə kitab arasında” şüarı ilə baş tutacaq sərgidə 118 ölkədən 2400-ə yaxın naşir bir araya gələcək, milyonlarla adda kitab və nəşr təqdim olunacaq.
Sərgidə 66 ölkədən 250-dən çox yazıçı və yaradıcı şəxs çıxışlar edəcək. Sərgi çərçivəsində 1200-dən çox tədbir keçiriləcək. Builki sərginin fəxri qonağı Yunanıstandır.
Noyabrın 14-də isə sərgi çərçivəsində təşkil ediləcək görüşdə məşhur amerikalı aktyor, reper və prodüser Uill Smit qonaqlara uğur hekayəsindən və 30 ildən çox yaradıcılıq yolundan danışacaq.
Bundan başqa, sərgi çərçivəsində noyabrın 8-dən 11-dək 4-cü “Triller festivalı” təşkil ediləcək. Burada triller və dedektiv janrında tanınmış 13 yazıçı, ekspert iştirak edəcək. Həmçinin sərgi çərçivəsində 8 dildə şeir yarışmasının keçirilməsi planlaşdırılır.
Sərgidə “Mətbəx guşəsi”ndə 14 dünyaşöhrətli aşpazın iştirakı ilə 35 kulinariya sessiyasından ibarət zəngin proqram təqdim ediləcək.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]