Sabah bəzi yerlərdə yağış yağacaq
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycanda iyunun 24-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-23, gündüz 29-34 dərəcə isti olacağı bildirilir.
Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət isə gecə 60-65, gündüz 40-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, axşam yağıntıların bir qədər güclənəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 21-25, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 17-22, bəzi yerlərdə 25-28 dərəcə isti olacağı bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.06.2026 [16:49]
Bölgələrdə yağıntılı hava şəraiti davam edəcək
- 22.06.2026 [16:00]
Qubada sürüşmə davam edir VİDEO
- 22.06.2026 [15:41]
Gülşad Məmmədova: Küləyin sürəti gecəyə doğru zəifləyəcək
- 21.06.2026 [12:38]
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb
- 21.06.2026 [11:09]
Faktiki hava: Bölgələrə dolu düşüb, Bakıda güclü külək əsir
- 20.06.2026 [23:05]
Ağstafada diametri 28 millimetrə çatan dolu müşahidə olunub – Faktiki hava
- 20.06.2026 [14:24]