Peşə təhsili tələbələri “2026-cı il Yay Təcrübə Proqramı”nda iştirak hüququ qazanıblar
Bakı, 23 iyun, AZƏRTAC
Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Bayraktar Teknoloji Azərbaycan” arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “2026-cı il Yay Təcrübə Proqramı” gənclərin müdafiə sənayesi, innovativ texnologiyalar və yüksək texnologiyalı istehsal sahələrində praktiki bilik və bacarıqlarının inkişafına xidmət edir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bir qrup tələbəsi proqramın seçim mərhələlərini uğurla başa vuraraq təcrübə proqramında iştirak hüququ qazanıb. Proqram çərçivəsində iştirakçılar müasir texnologiyalarla yaxından tanış olmaq, peşəkar iş mühitində praktiki təcrübə əldə etmək, sahənin aparıcı mütəxəssisləri ilə birgə fəaliyyət göstərmək və gələcək karyera inkişafları üçün zəruri bacarıqlar formalaşdırmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, əldə olunan bu nəticə peşə təhsilinin əmək bazarının tələblərinə cavab verən, yüksəkixtisaslı və rəqabətqabiliyyətli kadrların hazırlanmasında mühüm rol oynadığını bir daha təsdiqləyir. Eyni zamanda, bu uğur peşə təhsili alan gənclərin innovasiya və yüksək texnologiyalar sahəsindəki potensialının göstəricisi kimi dəyərləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [13:00]
Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır
- 07.08.2026 [12:27]
Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib
- 07.08.2026 [12:03]
Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq
- 07.08.2026 [11:58]
BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək
- 07.08.2026 [11:44]
Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib
- 07.08.2026 [11:28]
Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?
- 07.08.2026 [10:58]