Bakı, Gəncə, Abşeron, Xaçmaz və İsmayıllıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
Bakı, 19 iyun, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərlərində, Abşeron, Xaçmaz və İsmayıllı rayonları ərazilərində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsi Vüsal Məhərrəmov küçəsində, Gəncə şəhəri Gülüstan qəsəbəsi Bülbül küçəsində, Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində, Quba rayonu Təngəaltı, Xaçmaz rayonu Çaykənarı və İsmayıllı rayonu Zərnava kəndlərinin ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 90 min 760 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]