İlhamə Qədimova: Qoyun əti üzrə ixracın 2,9 min tona çatdırılması nəzərdə tutulur
Saatlı, 23 iyun, AZƏRTAC
Qoyunçuluğun inkişafı, ixrac imkanlarının genişləndirilməsi və örüş sahələrinin bərpası Dövlət Proqramında xüsusi yer tutur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Saatlı rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ına həsr olunan regional müşavirədə çıxışı zamanı kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.
Nazir müavini bildirib ki, 2030-cu ilə qədər qoyun əti istehsalının 9 faiz, heyvanların sayının 10 faiz artırılması və ixracın 2,9 min tona çatdırılması nəzərdə tutulur.
“Bu istiqamətdə 300 yeni yarımintensiv qoyunçuluq təsərrüfatının yaradılması planlaşdırılır. 480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi də proqramın mühüm hədəflərindəndir”, - deyə nazir müavini əlavə edib.
Müxbir-Aydın Yavərzadə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [13:41]
Azərbaycanda 22 rayon üzrə mövcud kombaynların 571 ədədi yenilənəcək
- 23.06.2026 [13:28]
Ötən il Şəkiyə 3,5 milyon manatdan çox investisiya qoyulub
Eltun Yaqublu yenidən “Zirə”də
- [14:16]
Litva hökuməti istefa verib
- [12:26]
Bu saata olan əsas xəbərlər
- [12:00]