SABİQ QIRĞIZISTAN PREZİDENTİ RUSİYA ELMLƏR AKADEMİYASININ AKADEMİKİ SEÇİLMİŞDİR
REA-nın vitse-prezidenti Gennadi Mesyats agentliyin müxbirinə müsahibəsində demişdir: “Akayev elmi ictimaiyyət arasında böyük nüfuza malikdir. O, informasiya texnologiyalarına və fizikaya dair bir çox əsərlərin müəllifidir. Akayev Qırğızıstan Elmlər Akademiyasına hələ başçılıq etməzdən əvvəl öz sahəsində görkəmli alim kimi tanınmışdı”.
Mesyatsın sözlərinə görə, “elmi nöqteyi-nəzərdən Akayev elmə fəlsəfi baxışlı, zəngin bilikli və geniş dünyagörüşlü çox uzaqgörən akademikdir”.
Əsgər Akayev 1984-cü ildə Qırğızıstan Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, elə həmin il akademik, üç il sonra isə akademiyanın prezidenti olmuşdur. O, texnika elmləri doktoru, professordur, 80-dən çox elmi işi, 7 ixtirası var, elmi nəşrlərdə 50-dək məqaləsi dərc edilmişdir. Akayev tədqiqatçılıq fəaliyyəti ərzində 20 elmlər namizədi və 3 elmlər doktoru hazırlamış, yeddi yetirməsi müxtəlif milli və beynəlxalq mükafatlar laureatı olmuşdur.
Hazırda Akayev M.Lomonosov adına Moskva Dövlət Universitetində müəllim işləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]