SABİRABADIN HEYDƏR ƏLİYEV ADINA MƏDƏNİYYƏT VƏ İSTİRAHƏT PARKINDA YENİDƏNQURMA İŞLƏRİ GÖRÜLMÜŞDÜR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, rayonun əmək kollektivlərinin təşəbbüsü ilə qısa müddətdə burada 70 milyon manatlıq tikinti-quraşdırma işləri həyata keçirilmişdir. 2 min kvadratmetrlik əraziyə dekorativ tavalar düzülmüş, uşaq əyləncə mərkəzi genişləndirilmiş, yeni idman qurğuları quraşdırılmış, işıqlandırma vasitələri təzələnmişdir. Sakinlər onların mədəni istirahətinin təşkilinə göstərilmiş qayğıdan razı qalmışlar.