Sadiq Qurbanov: İqlim sisteminin dəyişməsində insan fəaliyyətinin təsirləri mühüm rol oynayır
Bakı, 7 sentyabr, AZƏRTAC
Meşə yanğınlarının genişlənməsi, şəhərlərdə istiliyin artması, daşqınlar, sürüşmələrin intensivləşməsi, dağ buzlaqlarının əriməsi planetdə gedən proseslərin bir-biri ilə əlaqəli olduğunu göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı İqlim Fəaliyyəti Həftəsi 2026-nın (BCAW2026) açılış mərasimində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov söyləyib.
Bu hadisələrin hər birinin ayrıca təbii səbəbi olduğunu diqqətə çatdıran komitə sədri deyib: “Lakin onları qlobal miqyasda, uzunmüddətli dinamika daxilində nəzərdən keçirdikdə daha böyük mənzərə ortaya çıxır. Yerin iqlim sistemi dəyişir. Bu dəyişmədə insan fəaliyyətinin yaratdığı antropogen təsirlər mühüm rol oynayır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [11:37]
Bakıdan COP31-ə: Parçalanmış dünyada dinamikanın saxlanılması
- 07.09.2026 [11:33]
Françesko La Kamera: Qarşıdakı onillik elektrikləşmə onilliyi olmalıdır
- 07.09.2026 [11:12]