Səkkiz ayda dövlət büdcəsindən 224 milyon manat geri qaytarılıb
Bakı, 7 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 224 milyon 195,4 min manat məbləğində vəsait geri qaytarılıb.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino, muzey, konsert), tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.
Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [11:35]
Türkiyə-Azərbaycan Biznes Şurası üzrə yeni əməkdaşlıq formatı yaradılacaq
- 07.09.2026 [11:12]
Françesko La Kamera: Enerji keçidi iqtisadi və strateji zərurətdir
- 07.09.2026 [10:30]
“AzərEnerji”: “Sea Breeze” yarımstansiyası ilin sonunadək hazır olacaq VİDEO
- 07.09.2026 [10:22]