Almaniyalı hücumçu Azərbaycan Premyer Liqasında ilk het-trikini edib
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümündə ilk het-trik qeydə alınıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, “Sabah”ın bombardiri Coy-Lens Mikels “Zirə” ilə ev oyununda (5:0) üç dəfə fərqlənib. Bu, həm də futbolçunun Premyer Liqada ilk het-triki olub.
Mikelsin 2-ci qolu onun Premyer Liqada rəqib qapılarından keçirdiyi yubiley – 60-cı top olub. Almaniyalı hücumçu bu rəqəmi 61-ə də çatdırıb. Ölkəmizdə yalnız “Sabah”da çıxış edən forvard debüt etdiyi 2021/2022-ci illər mövsümündən indiyədək keçirdiyi 113 oyunda buna nail olub.
Mikels Azərbaycan çempionatları tarixində yüksək dəstədə ən çox qol vuran legioner adına şərik çıxıb. O, gürcüstanlı Georgi Adamiyaya çatıb. Düzdür, Badri Kvaratsxeliya və Filip Ozobiç daha çox qol vurub, amma onların hər ikisi Azərbaycan millisində forma geyinib.
Mikels həm də Premyer Liqada vurduğu penaltilərin sayını 10-a çatdırıb. O, bu imkanların 9-dan yararlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [11:17]
Mateuş Koxalskinin yeni klubu və “Qarabağ”a ödəniləcək təzminat bəlli olub
- 07.09.2026 [10:46]
Markus Reşford “Sabah”la oyunu buraxa bilər
- 07.09.2026 [10:33]
Azərbaycan çempionatlarında son 21 mövsümün qol rekordu qeydə alınıb
- 07.09.2026 [10:23]
“Sabah” Premyer Liqada 25-ci böyükhesablı qələbəsini qazanıb
- 07.09.2026 [10:21]
İspaniyalı pilot yarış zamanı qəzaya uğrayaraq ölüb
- 06.09.2026 [23:11]
Mateuş Koxalski “Qarabağ”la vidalaşıb
- 06.09.2026 [22:22]
Voleybol üzrə Türkiyə millisi ardıcıl 2-ci dəfə Avropa çempionu olub
Fransada dövlət qulluqçuları maaş artımı tələbi ilə tətilə hazırlaşırlar
- 06.09.2026 [23:47]
Mateuş Koxalski “Qarabağ”la vidalaşıb
- 06.09.2026 [23:11]
Voleybol üzrə Türkiyə millisi ardıcıl 2-ci dəfə Avropa çempionu olub
- 06.09.2026 [22:22]