Avstraliyada təyyarə qəzasında 2 nəfər ölüb
Pekin, 7 sentyabr, AZƏRTAC
Avstraliyanın şərqindəki Brisben şəhərinin yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
AZƏRTAC Avstraliya mediasına istinadla xəbər verir ki, yerli vaxtla saat 11:00 radələrində Brisben şəhərinin mərkəzindən təxminən 30 kilometr cənubda “Beechcraft A36 Bonanza” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar təcili yardım xidmətləri çağırılıb. Təyyarənin qəzadan təxminən 10 dəqiqə əvvəl yaxınlıqdakı hava limanından qalxdığını bildirilir.
Səlahiyyətli qurumlar qəzada 2 nəfərin öldüyünü açıqlayıb. Təyyarə qəzasından sonra otlaq sahədə yanğın olub.
Polis hadisəni araşdırmaq üçün şahidlərdən müstəntiqlərlə əlaqə saxlamalarını xahiş edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [11:48]
Fransa nüvə tədqiqatlarına 18 milyon avro maliyyə vəsaiti ayırdı
- 07.09.2026 [11:44]
Kondisionerlərin istifadəsi şəhərlərin istiləşməsini daha da gücləndirir
- 07.09.2026 [11:19]
Dəniz ticarətinin əsas marşrutları yeni böhranlarla üz-üzədir
- 07.09.2026 [10:59]
İndoneziyada marketdə baş verən yanğın nəticəsində 11 nəfər həlak olub
- 07.09.2026 [10:12]
Fransa Qrenlandiya ilə əməkdaşlığı genişləndirir
- 07.09.2026 [09:01]