Mateuş Koxalskinin yeni klubu və “Qarabağ”a ödəniləcək təzminat bəlli olub
Bakı, 7 sentyabr, AZƏRTAC
“Qarabağ”dan ayrılmağa hazırlaşan polşalı qapıçı Mateuş Koxalskinin yeni klubu bəlli olub.
AZƏRTAC Polşa mətbuatına istinadən xəbər verir ki, qolkiper karyerasını ölkəsində davam etdirəcək. 26 yaşlı qapıçı “Vyeçista” (Krakov) klubu ilə anlaşıb. Ağdam təmsilçisinin Koxalskinin satışında 500 min avroya yaxın gəlir əldə edəcəyi bildirilib.
Qeyd edək ki, “Qarabağ” 2024-cü ilin yayında qapıçı üçün təxminən 1 milyon avro ödəyib. Koxalski bu mövsüm “Qarabağ”ın heyətində 7 oyuna çıxıb və 4 matçda qapısını toxunulmaz saxlayıb. O, Azərbaycan təmsilçisinin heyətində ümumilikdə 76 qarşılaşmada iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [12:02]
Avropa çempionatında Azərbaycanı iki paraüzgüçü təmsil edəcək
- 07.09.2026 [11:56]
Budapeşt yarımmarafonunda rekord sayda atlet iştirak edib
- 07.09.2026 [10:46]
Markus Reşford “Sabah”la oyunu buraxa bilər
- 07.09.2026 [10:34]
Almaniyalı hücumçu Azərbaycan Premyer Liqasında ilk het-trikini edib
- 07.09.2026 [10:33]
Azərbaycan çempionatlarında son 21 mövsümün qol rekordu qeydə alınıb
- 07.09.2026 [10:23]
“Sabah” Premyer Liqada 25-ci böyükhesablı qələbəsini qazanıb
- 07.09.2026 [10:21]